7 İyun 2023 15:47
2 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hərbi komandanlığı Ukrayna ordusunun bir aya Krıma yaxınlaşacağına inanır. Bu ehtimal olduqca yüksəkdir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Armyanskdakı (Krım) “Titan” zavodunun ərazisinin minalaması ilə bağlı məlumatı şərh edən Svitan belə bir fikir irəli sürüb ki, ruslar Ukrayna Silahlı Qüvvələri yaxınlaşacağı təqdirdə oranı partlatmağa hazırlaşırlar. Ərazinin kimyəvi çirklənməsi Ukrayna ordusunun Krımın şimal hissəsində irəliləyişini xeyli ləngidəcək, amma onu dayandırmayacaq.

“Əgər Krım “Titan” zavodunun ərazisini minalanmağa başlayıblarsa, demək, Ukrayna Silahlı Qüvvələrinin Krımın sərhədlərinə yaxınlaşacağını gözləyirlər. Bu, bir neçə həftə sonra baş verə bilər. Dəqiq bilirlər ki, Ukrayna qoşunları müdafiəni (Zaporije və Xersonda) yarıb keçsələr, saxlaya bilməyəcəklər”, - Svitan bildirib.

Ekspertin fikrincə, Ukraynanın əks-hücumunun müddəti təxminən Silahlı Qüvvələr Krımın şimal hissəsinə çatdığı anda başa çatacaq. O, yarımadanın cənubunun azad edilməsini F-16 qırıcılarının təhvil alınmasından sonra yerinə yetiriləcək növbəti missiya hesab edir.

“Ən azı sabah Donetskə daxil ola bilərik. Bir neçə kilometr aralıdadakı Donetsk yaxındır. Ən azı şəhərin sərhədlərinə qədər getmək mümkündür. Amma Donbas boyunca Donetskdən Luqanska doğru hərəkət etməyi aviasiya olmadan etməyə dəyməz”, - Svitan vurğulayıb.

Ekspert bu istiqamətdəki Donetsk dağ silsiləsinin yüksək olduğunu söyləyib, bu səbəbdən hərbi aviasiyanın önəminə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər