İsrail xarici işlər naziri Eli Koen Ukraynanın Xerson vilayətində Kaxov su elektrik stansiyasında (SES) baş verən partlayışı şərh edib.
Teleqraf.com xəbər verir ki, nazir SES-in bəndinin Rusiya tərəfindən partladıldığını bildirib.
“Hesablamalarımıza görə, bəndi Rusiya partladıb”, - Koen deyib.
Partlayış nəticəsində onlarla yaşayış məntəqəsi su altında qalıb. Əhalinin su altında qalan ərazilərdən kütləvi təxliyəsi həyata keçirilir.
Rusiya olayda iştirakını inkar edir, dünya liderləri, o cümlədən ABŞ Prezidenti Co Bayden, NATO baş katibi Yens Stoltenberq, Avropa Şurasının prezidenti Şarl Mişel və digərləri Kremli günahlandırıb.