Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə gəlib.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri Kaxovka SES-in bəndinin partladılması nəticəsində dəyən ziyanın, dağıntıların fəsadlarının aradan qaldırılması ilə əlaqədar müşavirə keçirib.
Su basacaq potensial zonadan əhalinin təxliyəsi, ərazidə yaşayışın təmininin təşkili, regionda ekosistemin perspektivdə bərpası və operativ hərbi şərait də müzakirə olunub.