9 İyun 2023 10:35
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin Amerikanı izləmək məqsədilə Kubada elektron dinləmə qurğusu yerləşdirmək üçün gizli razılaşma əldə etdiyi iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bundan məlumatsız olduqlarını və iddianın doğru olmadığını deyib.

“Bizdə olan məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu doğru deyil, Çin və Kubanın yeni tipli casus stansiyası qurmasından xəbərimiz yoxdur. Həmin xəbər səhvdir”, - ABŞ rəsmisi bildirib.

ABŞ mətbuatında yayılan məlumatda Çinin sözügedən razılaşmaya görə Kubaya milyardlarla dollar ödədiyi, bu stansiya qurulacağı təqdirdə e-poçt, telefon danışıqları və sair kimi elektron rabitə məlumatlarını toplaya biləcəyi iddia edilib. ABŞ-ın cənub-şərq hissəsindən peyk məlumatlarını və gəmi trafikini izləyə biləcəyi də qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər