ABŞ-da növbəti böyük korrupsiya qalmaqalı yaşanır. Son günlər Amerikada bununla əlaqədar bir sıra yüksək vəzifəli, nüfuzlu şəxslərin məsuliyyətə cəlb olunmasına başlanılıb.
Bununla bağlı Virciniya ştatının keçmiş qubernatoru Robert Makdonnell də korrupsiyada təqsirli bilinib.
Teleqraf.com -un "Reuters"-ə istinadən məlumatına görə, sabiq qubernator iki il müddətinə azadlıqdan məhrum edilib və iki il əlavə şərti cəza alıb.
Respublikaçı Bob Makdonnell 2009-cu ildə qubernator olub. Makdonnellə və həyat yoldaşına iş adamından dəyərli hədiyyələr və iri məbləğli istiqrazlar almaqla bağlı ittiham irəli sürülüb.