10 İyun 2023 13:42
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 9-da Rusiya prezidenti Vladimir Putin ölkəsinin iyulda Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) fikrincə, bu, eskalasiya anlamı daşımır, NATO-nun nüvə mövqeyini dəyişməyəcək və Rusiyanın Ukraynaya qarşı bu cür silahlardan istifadə etmək niyyətini göstərmir.

Ekspertlər bu yaxınlarda Putinin Rusiyanın Soçi şəhərində Lukaşenka ilə görüşdüyünü də xatırladıblar. Putin bildirib ki, Belarusda lazımi nüvə anbarlarının tikintisi iyulun 7-8-də başa çatdırılacaq. Bundan sonra Rusiya taktiki nüvə silahlarını orada yerləşdirməyə başlayacaq. Vladimir Putin bunu “planlaşdırılmış hərəkətlər” kimi xarakterizə edib.

ISW iddia edir ki, Rusiya çətin ki, Ukraynada taktiki nüvə silaNüvəhından istifadə etsin:

"Putinin açıqlaması çətin ki, NATO-nun nüvə mövqeyində dəyişiklik tələb etsin".


Müəllif: Mahir

Oxşar xəbərlər