11 İyun 2023 00:05
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib ki, skif qızılının Ukraynayaya verilməsi ciddi narahatlıq yaradır.

Teleqraf.com xəbət verir ki, o, bu barədə “Krım 24” telekanalının efirində qeyd edib.

"Əgər kolleksiya Hollandiyada saxlansaydı...Onların əvvəllər oğurlanmış əşyaları saxlamaq ənənələrini nəzərə alsaq, yenə də şans olardı" - deyə bildirib.

Məhkəmə Krım muzeylərinin kassasiya şikayətini rədd edib.

Qeyd edək ki, skif qızılı Kiyev Tarixi Xəzinələr Muzeyi və dörd Krım muzeyinə məxsus 2000-ə yaxın əşyadan ibarət kolleksiyadır. Kolleksiya 2013-cü ildə Almaniyada keçirilən “Krım – Qara dənizdə qızıl ada” sərgisinə göndərilib, 2014-cü ildə Niderlanddakı Allard Pirson Muzeyinə aparılıb. Krımın 2014-cü ildə Rusiya tərəfindən işğalından sonra Ukrayna tərəfi kolleksiyaya sahiblik hüququ ilə bağlı müraciət edib.

Ötən günlərdə Hollandiyanın Ali Məhkəməsi skif qızıllarının Ukraynaya verilməsi barədə qərar çıxarıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər