11 İyun 2023 00:20
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk stadionunda Çempionlar Liqasının finalını izləyir.

Teleqraf.com xəbər verir ki, Türkiyə mətbuatı stadiondan fotolar paylaşıb.

Ərdoğan qarşılaşmanı BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nahyan, Macarıstan baş naziri Viktor Orban, Sloveniya baş naziri Robert Qolob, İordaniya baş naziri Bişer Əl-Hasavneh, Liviya baş naziri Əbdülhəmid Dibeybe, Monteneqro baş naziri Dritan Abazoviç və İtaliya parlamentinin rəhbəri İqnazio la Russa ilə bərabər izləyir.

Hazırda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən final oyununun ikinci hissəsi oynanılır.

Görüşü FIFA referisi Şimon Marçinyak idarə edir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər