12 İyun 2023 00:36
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Nazirlər Kabineti iyunun 14-də milli təhlükəsizlik strategiyasını qəbul edəcək. Həmin sənədin təsdiqlənməsi iqtidar koalisiyadakı fikir ayrılığına görə dəfələrlə təxirə salınmışdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Olaf Şolz Şərqi Almaniya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, strategiyada Almaniyaya kritik vacib olan xammal tədarükünün təmin edilməsinə mühüm yer ayrılacaq.

Almaniya kansleri bildirib ki, AFR Avropa İttifaqının Cənubi Amerika, Asiya və Afrika ölkələri ilə yeni azad ticarət sazişlərinin tərəfdarıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər