ABŞ Prezidentliyinə namizəd Donald Tramp seçki kampaniyası üçün 2 milyon dollar toplamaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Vəsaitin toplanması iyunun 13-də Trampın məxfi sənədlərlə bağlı Mayami məhkəməsində iştirakından sonra nəzərdə tutulur.
Tədbir məhkəmədən bir neçə saat sonra siyasətçinin Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda baş tutacaq.
Nəşrin məlumatına görə, tədbir iddialar məlum olmamışdan xeyli əvvəl hazırlanıb.
Bildirilir ki, həmin gün ən azı 100 min dollar ianə verən Tramp tərəfdarları siyasətçi ilə şam işığında özəl şam yeməyində iştirak edə biləcəklər. Daha az təklif edənlər eks-prezidentlə şəkil çəkdirə və VİP qəbulda iştirak edə biləcəklər.