Suriyanın şimal-şərqində vertolyotun qəzaya uğraması nəticəsində 22 amerikalı əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisənin iyunun 11-də baş verdiyini açıqlayıb.
Bildirilib ki, xəsarət alan əsgərlərə tibbi yardım göstərilib, onlardan 10-u “CENTCOM”dan kənarda yerləşən reanimasiya müəssisələrinə yerləşdirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. Helikopterin düşmən atəşi nəticəsində qəzaya uğramadığı bildirilib.
Faktla bağlı əlavə məlumat verilməyib.