“Ermənistanda Paşinyana mənfi fikir var. Bu da onun geri addım atmasına mane olur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
“Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalif əhvali-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə səfərinə görə minnətdarlığını bildirdi”, -deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri Ermənistanın Baş nazirinin Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini vacib məqam kimi qiymətləndirib:
“Amma əvvəl də dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Və bu, çox vacib bir məqamdır. Hələ ki Paşinyan geri addım atmayıb”.