15 İyun 2023 18:48
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları çərçivəsində 100 kvadrat kilometr ərazini işğaldan azad edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov Ukrayna müdafiə nazirinin müavini Anna Malyarla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Zaporojye istiqamətində şəhər və qəsəbələri işğaldan azad etməyə davam edir.

A.Malyar isə söyləyib ki, hazırda gərgin döyüşlər davam edir: “Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda tədricən irəliləyirlər. Düşmən güclü müqavimət göstərir. Rusların əkin sahələrini minalaması bizə çətinlik yaradır”.

Nazir müavininin sözlərinə görə, qarşı tərəf Baxmut istiqamətinə əlavə qüvvə cəlb edir: “Onlar bizim irəliləməyimizin qarşısını almağa çalışırlar. Ukrayna Müdafiə Qüvvələri işğalçılara öz planlarını həyata keçirməyə imkan vermir: düşmən irəliləyə bilmir. Biz hücum və müdafiə əməliyyatlarını vəhdətdə davam etdiririk”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər