Sabah Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, əbərə görə, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Frank-Valter Ştaynmayer 19-21 iyun tarixlərində Qazaxıstanda səfərdə olacaq.
Almaniya və Qazaxıstan prezidentlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri, ticari-iqtisadi əlaqələrin genişlənməsi, investisiya qoyuluşunun artırılması, nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın inkişafı, o cümlədən humanitar əlaqələrin dərinləşdirilməsi müzakirə mövzusu olacaq.
Frank-Valter Ştaynmayer Qazaxıstan-Almaniya Mühəndislik İnstitutunun açılışında, “Svevind” şirkətinin yaşıl hidrogen istehsalı zavodunda sınaq qazma işlərinin başlanması mərasimində iştirak edəcək.