19 İyun 2023 12:14
2 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı yunan lobbisi F-16-ların Türkiyəyə satışının qarşısını almaq üçün səylərini davam etdirir.

Teleqraf.com xəbər verir ki, Türkiyə ilə ABŞ arasında F-16 satışı Yunanıstanın gündəmindədir.

ABŞ Prezidenti Co Baydenin Türkiyəyə F-16 satışı üçün “yaşıl işıq” yandırmasından hiddətlənən yunan lobbisi skandal və təxribatçı iddialar irəli sürür. Skandal ifadələrlə Türkiyəni hədəfə alan son isim Con Sarbanesdir.

Yunan əsilli amerikalı konqresmen Con Sarbanes “Ta Nea”ya müsahibəsində Türkiyəyə F-16-ların satışının qarşısını alacaqlarını iddia edib.

Yunanıstanın Şərqi Aralıq dənizindəki təxribatlarını görməzdən gələn konqresmen Türkiyəni günahlandırıb: “Ayıq-sayıq olmalıyıq, müttəfiqlərimizi qorumaq üçün tədbir görməliyik”.

Türkiyənin Şərqi Aralıq dənizində sabitliyi pozmağa çalışdığını iddia edən Sarbanes qardaş ölkə əleyhinə skandal ifadələr işlədib.

Sarbanes Şərqi Aralıq dənizində öz maraqlarını müdafiə edən Türkiyəni məsuliyyətsizlikdə ittiham edərək, bütün bunlar davam edərsə, ABŞ-dan F-16 ala bilməyəcəyini deyib.

Türkiyəni təhdid etməyə çalışan Sarbains F-16-ların satışının qarşısını almaq üçün kartın əllərində olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər