“Ukrayna Silahlı Qüvvələri mövqeləri azad edərək irəliləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əsgərlərimiz bəzi ərazilərdə irəliləyir, bəzi ərazilərdə mövqelərini qoruyur, düşmənin sərt hücumlarına müqavimət göstərirlər. İtirilmiş mövqelərimiz yoxdur, yalnız azad edilmiş mövqelərimiz var. Onların isə ancaq itkiləri var. Ümumiyyətlə, vəziyyət bizim nəzarətimiz, təzyiqimiz altındadır, bu da bayrağımızın önünü açmağa imkan verir”, - Ukrayna lideri bildirib.
Zelenski həmçinin Ukrayna ordusunun əsgər, zabit və komandanlığına göstərdikləri fədakar mübarizəyə, azad edilmiş və qorunan mövqelərinə görə təşəkkür edib.