Belçikanın Verviers bölgəsində türk vətəndaşı polis tərəfindən vurularaq öldürülüb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, həyatını itirən Cəmil Qaya adlı türk vətəndaşı 45 yaşında olub. Yayılan məlumatlara görə, şəxs əlində bıçaqla küçədə öz vəzifəsini yerinə yetirən polisi təhdid etməyə başlayıb. Polis isə vətəndaşa bir dəfə döş qəfəsi nahiyəsindən atəş açaraq zərərsizləşdirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Samir