21 İyun 2023 08:28
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Ukraynaya böyük maliyyə dəstəyi paketi təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün Dünya Bankı da 3 milyard dollar vəsaiti də ayırmağı planlaşdırır.

Paketin elanı bu gün Londonda keçiriləcək Ukraynanın bərpası üzrə konfrans zamanı planlaşdırılır.

Maliyyə dəstəyi sosial xidmətlərə yönəldiləcək.

"Bu, Böyük Britaniyanın Ukraynaya həm indi, həm də gələcəkdə sarsılmaz sadiqliyini vurğulayan G7 ölkəsi tərəfindən verilən ilk ikitərəfli çoxillik maliyyə yardımı paketidir", - deyə Böyük Britaniya hökumətinin mətbuat xidməti qeyd edir.

Bu, Böyük Britaniyanın Ukraynaya qeyri-hərbi yardımını 4,1 milyard funt-sterlinq maliyyə dəstəyi və 640 milyon funt-sterlinq ikitərəfli yardım da daxil olmaqla 4,7 milyard funt-sterlinqdən artıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər