7 Yanvar 2015 22:18
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESCO-nun baş direktoru İrina Bokova Fransanın "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına edilmiş hücumu qınayıb.

Teleqraf.com-un məlumatına görə, hadisədən dərin təsirləndiyini deyən İ.Bokova ölən və yaralananların ailələrinə başsağlığı verib.

Onun sözlərinə əsasən, bu, təkcə şəxsi faciə deyil: "Bu, kütləvi informasiya vasitələrinə və fikir azadlığına hücumdur. Dünya ictimaiyyəti ekstremistlərə fikir və ideyaların sərbəst yayımının qarşısını almağa imkan verməyəcək. Biz cinayətkarları məhkəməyə çıxartmaq məqsədi ilə səylərimizi birləşdirməli, azad və müstəqil mətbuat uğrunda birgə mübarizə aparmalıyıq".


Müəllif:

Oxşar xəbərlər