21 İyun 2023 17:43
3 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xaricdə təlim keçmiş silahlıların köməyi ilə Belarusda dövlət çevrilişi təşkil etmək cəhdləri onun təşkilatçıları və icraçıları üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz deyib.

“Bu, sirr deyil, məlum faktdır, üstəlik, biz bu barədə şəxsən və ətraflı bilirik. Bu barədə dəfələrlə danışmışıq, Polşa tərəfinin diqqətini buna cəlb etmişik, amma onlar tənqidə tab gətirmirlər”, - Qlaz bildirib.

Ölkə rəsmisi vurğulayıb ki, Belarus belə addımları cinayət və məsuliyyətsizlik hesab edir:

“Şübhə etmirik ki, bu cinayətkar planları həyata keçirməyə cəhd edilərsə, bunun səbəbkarları və təşkilatçıları üçün nəticələri çox fəlakətli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər