PKK terror təşkilatının Suriya qolu YPG-nin liderlərindən biri Saleh Müslüm terrorçuların yaşadıqları çarəsizliyi etiraf edib.
Teleqraf.com xəbər verir ki, türk ordusunun köşəyə sıxışdırdığı təşkilatın lideri Prezident Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq “Fürsət tapdıqca bizi vurur” deyib.
“Səkkiz il ərzində heç bir şey yerində dayanmadı. Fürsət tapdıqca hücumlarını davam etdirir. Öz mövqeyini möhkəmləndirəndən, seçkilərdən sonra hər tərəfə hücuma keçib”, - baş terrorçu bildirib.
Saleh Müslüm seçkilərdə yaşadığı məyusluğu bundan əvvəl də etiraf etmişdi.
YPG lideri seçkilərdə CHP sədri Kamal Kılıçdaroğluna səs istəmişdi.