Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Ukraynadakı hərbi əməliyyatları müzakirə edib.
Teleqraf.com xəbər verir ki, toplantıda cəbhədəki son durum ətrafında fikir mübadiləsi aparılıb.
"İlk növbədə, mən gündəlikdəki ən mühüm məsələlərdən, xüsusən də hərbi əməliyyatlar zonasındakı vəziyyətdən başlamaq istərdim", - Rusiya rəhbəri bildirib.
Rusiya Federal Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev prezidentə hücum zamanı Ukrayna ordusunun itkiləri barədə məlumat verib. Onun sözlərinə görə, iyunun 4-dən 21-dək 246 tank, 42 yaylım atəşi sistemi, 10 qırıcı, 264 PUA məhv edilib.
“Şəxsi heyət itkisi ilə bağlı əsas məlumatlar alınır, amma deyə bilərəm ki, bu, 13 mindən çoxdur”, - Patruşev deyib.
Müdafiə naziri Sergey Şoyqu da öz növbəsində Ukrayna ordusunun 16 gün ərzində aktiv döyüş əməliyyatları apardığını, xeyli itki verdiyini iddia edib:
“İndi Ukrayna qoşunları fəaliyyətini azaldıb və yenidən qruplaşır, amma onların hələ də qüvvələri var”.
Düşmənin hücum potensialının tükənmədiyi amilindən çıxış etməliyik. Bir sıra strateji ehtiyatlar hələ işə salınmayıb və sizdən xahiş edirəm ki, hərbi əməliyyatlar təşkil edilərkən bunu nəzərə alın. Bu reallıq nəzərə alınmalıdır”.
Məsələyə toxunan Putin qeyd edib ki, Ukraynanın səfərbərlik ehtiyatları işçi qüvvəsi baxımından qeyri-məhdud deyil:
“Səfərbərlik ehtiyatı qeyri-məhdud deyil, belə görünür ki, Ukraynanın Qərb müttəfiqləri həqiqətən də Rusiya ilə sonuncu ukraynalıya qədər döyüşmək qərarına gəliblər”.
Bundan əlavə, müdafiə naziri bildirib ki, nazirlik yeni könüllülərə ehtiyac görmür. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinə birbaşa müqavilə əsasında 114 min nəfər cəlb olunub, könüllülərin sayı isə 50 mini ötüb.
Şoyqu qeyd edib ki, Rusiya gündə orta hesabla 1336 nəfərlə müqavilə imzalayır, yəni hər gün bir alay formalaşır. Nazir əlavə edib ki, Müdafiə Nazirliyi iyunun sonunadək ordu ehtiyatının formalaşdırılmasını, eləcə də çox yaxın gələcəkdə ordu korpusunun qurulmasınıbaşa çatdıracaq.