8 Yanvar 2015 04:16
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada media işçilərinə qarşı dəhşətli terror törədən şəxsləri saxlamaq mümkün olmayıb. Ölkənin Daxili İşlər Nazirliyi tərəfindən Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən 3 nəfərin saxlanılması barədə məlumatı təkzib olunub.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, bir qədər əvvəl terrorçuların Reyms şəhərində yaxalandıqları barədə xəbər verilmişdi.

Bununla belə, redaksiyaya hücum edərək 12 nəfəri qətlə yetirən ərəb mənşəli Fransa vətəndaşlarının adları bəllidir. Bunlar Şərif və Səid Kuaşi qardaşları və Həmid Muraddır.


Müəllif: