Çeçenistan lideri Ramzan Kadırov “Vaqner” qrupunun Rusiyada hərbi qiyamı il bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, çeçenlərin lideri Prezident Vladimir Putinə dəstək verdiyini bildirib.
Kadırov baş verənləri “tam hərbi qiyam” adlandırıb:
“Artıq Çeçenistan Respublikası Müdafiə Nazirliyinin və “Rosqvardiya”nın çeçen hərbçiləri gərginlik zonalarına yola düşüblər. Rusiyanın birliyini və dövlətini qorumaq üçün hər şeyi edəcəyik. Qiyam yatırılmalıdır və bunun üçün kəskin tədbirlər tələb olunarsa, biz hazırıq”.