24 İyun 2023 19:01
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvaya doğru irəliləyən “Vaqner” döyüşçüləri Voronej vilayətində nüvə silahı olan anbarları ələ keçirə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ateş” partizan hərəkatı məlumat yayıb.

Məlumata görə, “Vaqner”in elit bölmələri “375-ci obyekt” adlandırılan nüvə silahları olan anbarın yerləşdiyi Voronej vilayətinin Borysoqlibsk şəhərinə yaxınlaşıblar.

“Voronej nüvə anbarı uğrunda döyüşlər “Vaqner”lə Rusiya ordusu arasında savaşın miqyasını genişləndirəcək”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər