26 İyun 2023 13:40
3 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqnerçilər”in qiyamının əsas nəticəsi onların Ukraynaya təhlükə yarada biləcəyi Belarusa göndərilməsi hesab edilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa ordusunun Baş Qərargah rəisinin keçmiş müavini, general Leon Komornitski deyib.

Onun sözlərinə görə, Kreml “Vaqner” lideri Yevgeni Priqojinin qiyamı ilə diqqəti müharibədən yayındırmaq istəyib.

“Priqojinin addımları Putinin nəzarəti altındaydı və bu, qoşunlarını Ukraynaya göndərməkdən imtina edən Lukaşenko ilə danışıqlarda sövdələşmə predmet oldu. Moskvaya yürüş simulyasiya edildi. “Vaqner” qrupunun Belarus ərazisinə keçidi Ukraynanın şimalı və qərbi üçün təhlükə yaradır”, - Komornitski bildirib.

General vurğulayıb ki, Rusiya lideri Vladimir Putin təbliğat sayəsində istənilən durumu öz xeyrinə çevirə bilir:

“Rusiyada heç kimi imic və beynəlxalq rəy maraqlandırmır, orada yalnız hakimiyyət məsələsi var, ordudan da siyasi qərarlar üçün istifadə olunur. Putin öz ordusunu Ukrayna xalqına qarşı göndərəndə artıq dünyada imicini itirib, axtarışda olan cinayətkardır. Yəni baş verənlər Putini narahat etmir, üzülməyin. Bunu daxili məqsədləri üçün uğura çevirəcək, kənardan necə göründüyü onu maraqlandırmır. Putinin qazanacağı və itirəcəyi heç nə yoxdur, artıq hər şeyi itirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər