ABŞ və Monqolustan mühüm mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bazar ertəsi yaydığı bəyanatda deyilir.
ABŞ Dövlət Katibinin artım, enerji və ətraf mühit üzrə müavini Xose Fernandez Hind-Sakit Okean regionunda kritik minerallar üçün təhlükəsiz və davamlı təchizat zəncirlərini birgə inkişaf etdirmək üçün 27 iyun 2023-cü il tarixində Monqolustan hökuməti ilə anlaşma memorandumu imzalayıb.
Fernandez iyunun 25-29-da Monqolustanın paytaxtı Ulan-Batorda səfərdədir.
Səfər zamanı ABŞ dövlət katibinin müavini Monqolustanda Amerika Ticarət Palatasının üzvləri ilə görüşəcək, həmçinin kritik minerallar üzrə üçtərəfli dialoqda (Monqolustan, Koreya Respublikası, ABŞ) iştirak edəcək.