“Rusiyada baş verən son hadisələrlə əlaqədar heç kəsi, o cümlədən məni qəhrəmana çevirmək lazım deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Heç bir halda məndən qəhrəman düzəltməyin - nə məndən, nə Putindən, nə də Priqojindən. Çünki vəziyyəti əldən verdik, sonra da bunun həll olunacağını düşündük, amma həll olunmadı. Cəbhədə döyüşən iki tərəf üz-üzə gəldi. Bu işdə qəhrəmanlar yoxdur”, - Belarus lideri bildirib.