Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ölkəsinin NATO-ya daxil olması hətta Rusiya üçün də maraqlı olacaq.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bunu Ali Radanın Ukrayna Konstitusiya Gününə həsr olunmuş iclasında çıxışı zamanı deyib:
“Rusiyanın Ukraynanın NATO-ya qəbul edilməsini istəməsi məqsədəuyğun olardı”.
Ukrayna lideri Rusiya Federasiyasının “zəiflik dövrünə” qədəm qoyduğunu diqqətə çatdıraraq bildirib ki, indi bu ölkə, digərləri kimi, beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliyin təmin edilməsində maraqlı olmalıdır.