1 İyul 2023 17:25
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin qiyamından sonra Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamları yoxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” məlumatlı mənbələrə istinadla yazır.

Agentlik yoxlamaların konkret olaraq kim tərəfindən aparıldığını və nədən ibarət olduğunu bildirmir. Rusiya hakimiyyəti Şoyqunun ətrafındakı yoxlamalar barədə məlumatı şərh etməyib.

Hələlik Qərb rəsmiləri Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifələrinə təhlükə yaradacaq kadr dəyişikliyini proqnozlaşdırmır. Mənbənin iddiasına görə, Prezident Vladimir Putin öz silahdaşlarını işdən çıxarmaq istəmir.

İyunun 25-də rusiyalı general Sergey Surovikinin saxlanılaraq “Lefortovo” həbsxanasına göndərildiyi iddia olunur. Surovikinin həbs olunmadığı, sadəcə sorğu-sual edilərək sərbəst buraxıldığı barədə də məlumatlar var.

“Vaqner” lideri qiyam zamanı Rostovda olan Şoyqu və Gerasimovu ələ keçirməyi planlaşdırıb. Sonradan qiyamı yatıran Priqojinin əsas tələblərindən biri bu iki şəxsin vəzifədən azad olunması ilə bağlıydı.

Ukrayna mediasının iddiasına görə, qiyama cəhddən sonra Rusiya kəşfiyyatına (FSB) “Vaqner” liderini aradan götürmək tapşırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər