Rusiya ilhaq etdiyi dörd Ukrayna regionunda – Donetsk, Luqansk, Zaporoje və Xersonda yerli özünüidarəetmə orqanlarına “seçkilər" keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova Prezident Vladimir Putinlə görüşündə deyib.
O, seçicilərin bu ilin sentyabrında yerli qubernatorları və digər rəsmiləri seçəcəklərini qeyd edib.
"Seçkilər" sentyabrın 10-a təyin olunub.