İran Futbol Federasiyasının prezidenti Mehdi Tac Ali Milli Təhlükəsizlik Şurasının qadınların futbol stadionlarına girmələrinə icazə verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tac qərarın həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin kəşfiyyat orqanları ilə birgə işçi qrupu yaratdığını deyib.
İranda qadınlara milli komandanın oyunlarına tribunadan izləmələrinə zaman-zaman icazə verilir, amma Superliqa matçlarını stadiondan izləmək zərif cinsin nümayəndələrinə qadağandır. Nəhayət, 2022-ci ilin martında Məşhəd şəhərində İran və Livan arasında keçirilən Dünya Çempionatının Asiya təsnifat mərhələsinin matçında qadınların stadionda matça baxmasına icazə verilməyib.
Səhər Xudayari qadağaya cavab olaraq intihar etdikdən sonra İranda qadınlara qarşı futbol qadağası yumşaldılıb.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) dəfələrlə molla rejimini qadınların stadionlara girməsinə icazə verməyə çağırıb, əks halda İranın beynəlxalq yarışlardan kənarlaşdırıla biləcəyini bəyan edib.