Fransa prezidenti Fransua Olland sələfi Nikola Sarkozi ilə Yenisey sarayında görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra açıqlama verən Sarkozi Ollandın dəvətini qəbul etdiyini bildirib: “Fanatiklər tərəfindən mədəniyyətə qarşı törədilən bu təcavüzə qarşı birgə münasibətimizi göstərmək üçün dəvəti qəbul etdim”.
Nikola Sarkozi təcavüzə qarşı birlik və bərabərliyi artıraraq cavab verəcəklərini dilə gətirib. Fransaya qarşı hədələrin artdığını söyləyən Sarkozi ölkəsinin də vətəndaşlarının təhlükəsizliyi üçün atılması lazım olan addımların olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, “Çarli Hebdo” satirik jurnalının redaksiyasına hücumdan sonra sələfləri ilə görüşəcəyini bildirən Olland sələfləri ilə görüşəcəyini açıqlayıb. Yayılan məlumatlara görə, sabah Ollan keçmiş prezidentlər Jak Şirak və Valeri Giskard ilə də telefon vasitəsilə danışıqlar aparacaq.
Samir