5 İyul 2023 09:23
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin gələn həftə Pekinə nəzərdə tutulmuş səfərini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Nəbilə Məsrəli məlumat verib.

Onun sözlərinə görə, Çin tərəfi Cozep Borrelin iyulun 10-a Pekinə nəzərdə tutulmuş səfərinin artıq mümkün olmayacağını və bununla bağlı başqa alternativlərin axtarılacağını bildirib.

Səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinin Çin rəsmiləri ilə yüksək səviyyəli görüşləri və bu görüşlərdə Rusiya-Ukrayna müharibəsi, insan haqları və digər məsələlərlə bağlı müzakirələr aparacağı gözlənilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər