ABŞ Prezidenti Co Bayden və İsveç Baş naziri Ulf Kristersson Ağ Evdə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdən əvvəl iki lider jurnalistlərin suallarını cavablandırıb.
Bayden ABŞ-ın İsveçin NATO-ya üzvlüyünə dəstəyini təkrarlayaraq, bunu səbirsizliklə gözlədiyini bildirib. Kristersson isə Amerika prezidentinə dəvətinə görə təşəkkür edib və İsveçin NATO üzvlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib.
Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət edib. Finlandiyanın üzvlük prosesi bu ilin aprelində tamamlanıb. Macarıstan və Türkiyə İsveçin NATO-ya üzvlüyünü hələ təsdiqləməyib. İsveç və Türkiyə nümayəndələri məsələni müzakirə etmək üçün sabah Belçikada bir araya gələcəklər.