6 İyul 2023 15:25
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya döyüş təyyarələrinin Suriyada Amerika PUA-larına qarşı təhlükəli manevrlər etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, olaydan sonra ABŞ-ın Yaxın Şərqdəki 9-cu Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleks Qrinkeviç açıqlama verib.

General deyib ki, ABŞ-ın 3 ədəd MQ-9 PUA-sı İŞİD hədəflərinə qarşı missiya yerinə yetirərkən, 3 Rusiya döyüş təyyarəsi onları təqib etməyə başlayıb.

Qrinkeviç Rusiya döyüş təyyarələrinin norma və protokollara zidd davrandığını bildirib: “Rus təyyarələri PUA-ların qarşısına çoxlu paraşütlü işıqlandırma bombaları ataraq, PUA-ları qaçış manevrləri etməyə məcbur edib”.

Amerikalı general rus pilotun təyyarəni MQ-9-un önünə çıxardığını və PUA-ların təhlükəsiz idarə olunmasının qarşısını aldığını iddia edib.

“Bu olaylar Rusiya hərbçilərinin Suriyada həm ABŞ, həm də Rusiya qüvvələrini təhdid edən qeyri-peşəkar və təhlükəli davranışlarının daha bir nümunəsidir”, - Qrinkeviç vurğulayıb.

General Rusiya qüvvələrini belə davranışlara son qoymağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər