ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinə Moskvaya səfərindən sonra rusiyalı həmkarı Vladimir Putinlə ehtiyatlı olmağı tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, Amerika lideri Cinpinə Çinin Qərb investisiyalarından asılı olduğuna eyham vurub.
Baydenin sözlərinə görə, bu xəbərdarlıqdır, təhdid deyil.
“Dedim ki, bu təhdid deyil. Bu bir müşahidədir. Rusiya Ukraynanı işğal edəndən bəri 600 Amerika korporasiyası onun ərazisini tərk edib. Siz mənə dediniz ki, iqtisadiyyatınız Avropa və ABŞ-dan gələn investisiyalardan asılıdır. Diqqətli olun, ehtiyatlı olun”, - ABŞ prezidenti deyib.
Si Cinpinin cavabının nə olduğu sualına Co Bayden belə cavab verib:
“Dinlədi və mübahisə etmədi”.