9 İyul 2023 07:56
2 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Krım körpüsündə törədilən terror aktına görə Kiyevin məsuliyyət daşıdığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, Malyar bu barədə teleqram kanalında yazıb.

“Rusiya logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbəni vurduğumuzdan 273 gün keçdi” deyə Malyar yazır.

Krım körpüsü 2022-ci il oktyabrın 8-də baş verən partlayışda zədələnib. Yük maşınının partlaması nəticəsində yük qatarının 7 çəni yanıb, körpünün avtomobil hissəsinin iki aşırımı dağılıb.

Rusiya hadisəni Ukrayna xüsusi xidmət orqanlarının hazırladığı terror aktı kimi qiymətləndirib. Oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Krım körpüsündə baş verən partlayışa cavab olaraq Ukraynanın enerji və hərbi infrastrukturuna zərbələr endirməyə başlayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər