Özbəkistanda növbədənkənar prezident seçkilərində səs verənlərin sayı 10 052 289 nəfərə çatıb ki, bu da ümumi seçicilərin (19 270 212 nəfər) 52,16%-ni təşkil edir.
Teleqraf.com xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkorov deyib.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.
Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.