9 İyul 2023 22:56
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Sky News” telekanalına müsahibəsində deyib.

"Bu, asan deyil, çünki bir çox müttəfiqlərin fərqli mövqeləri və baxışları var. NATO-nun gücü ondan ibarətdir ki, biz həmişə bir mövqe ətrafında toplaşa bilirik”, - Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, o, tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər