Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfər edib.
Teleqraf.com xəbər verir ki, N. Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı qarşılayıblar.
Məlumata görə, N.Kurtulmuş Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov, habelə digər rəsmilərlə görüşəcək.
Kurtulmuş Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.