12 İyul 2023 14:44
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yüksək səviyyəli danışıqlar vaxt itkisidir, bu, ancaq Rusiyaya alyansda birliyin olmaması barədə yanlış siqnal verir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib.

“Biz bir neçə ay əvvəl Ukraynaya deməliydik ki, bunu gündəmə gətirməyin. Bu, Vaşinqton müqaviləsinə əsaslanan siyasətdir. Beşinci maddədə deyilir ki, bir NATO üzvünə hücum hamıya hücumdur. NATO heç vaxt müharibə vəziyyətində olan ölkələri qəbul etməyib, çünki bu, qaçılmaz olaraq alyansın bütün digər üzvlərinin müharibə vəziyyətində olması demək olardı.

Düşünürəm ki, bütün bunlar vaxt itkisidir və Rusiyaya alyansdakı fikir ayrılıqları barədə siqnaldır”, - sabiq rəsmi bildirib.

Bolton əlavə edib ki, NATO-ya üzv olan Avropa ölkələri, ilk növbədə Almaniya və Fransa Corc Buş dövründə Ukraynanın alyansa qəbulunun sürətləndirilmiş proseduru ilə bağlı razılıq versəydi, onda bu gün Ukrayna ərazisində savaş olmazdı. Ancaq indi - hərbi münaqişə şəraitində, onun fikrincə, Ukraynanın NATO-ya qoşulmasından danışmaq mənasızdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər