14 İyul 2023 14:26
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uqandada səfərdə olan İran Prezidenti İbrahim Rəisi LGBT icmasının nümayəndələri ilə bağlı sərt açıqlama verib.

Teleqraf.com xəbər verir ki, İran başçısı homoseksuallığın insan nəslini bitirəcəyini iddia edib.

“Qərb bu gün homoseksuallıq ideyasını təbliğ etməyə və bununla insan nəslini bitirməyə çalışır. Qərb ölkələri homoseksuallığı sivilizasiyanın göstəricisi kimi müəyyən etməyə cəhd edirlər, halbuki bu, ən çirkli məsələlərdən biridir”, - Rəisi deyib.

İran prezidentinin səfəri Uqandanın homoseksuallara qarşı ağır, o cümlədən ölüm cəzasını nəzərdə tutan sərt anti-LGBT qanununun qəbulundan sonraya təsadüf edir.

“WikiLeaks” saytının 2008-ci il məlumatına görə, teokratik İran rejimi 1979-cu ildəki islam inqilabından bəri 4000-6000 gey və lezbiyanı edam edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər