Fransa Silahlı Qüvvələri 6 il ərzində 413 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan hərbi planlaşdırma haqda yeni qanunun qəbulu ilə yüksək intensivlikli müharibə hazırlığına başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyeri Burşar deyib.
O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron tərəfindən imzalanan qanunun qəbulu ilə ölkəsi dünyanın hər gün dəyişdiyini anlamağa başlayıb və yüksək intensivlikli müharibəyə hazırlaşmaq lazımdır.
Bundan əlavə, Burşar vurğulayıb ki, istənilən vaxt döyüşə girmək lazım gələrsə, Fransa Silahlı Qüvvələri buna hazırdır.