17 İyul 2023 01:16
3 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah körfəz turuna çıxır.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri üçgünlük tur çərçivəsində üç ölkəyə səfər edəcək.

Səfərlərin əsas gündəm bəndi iqtisadi əlaqələrdir.

Prezidentin ilk dayanacağı Səudiyyə Ərəbistanı olacaq. Ərdoğan burada Kral Salman bin Əbdüləziz əl-Səudla görüşəcək və Səudiyyə Ərəbistanı-Türkiyə Biznes Forumunda iştirak edəcək. Daha sonra Qətərə gedəcək Türkiyə lideri burada Qətər əmiri Əl-Sani ilə görüşəcək. Prezident Dohada keçiriləcək Qətər-Türkiyə Biznes Forumuna qatılacaq.

Prezident Ərdoğanın son dayanacağı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq. BƏƏ lideri Məhəmməd bin Zayedlə görüşəcək Ərdoğan Əbu-Dabidə keçiriləcək BƏƏ-Türkiyə Biznes Forumunda da iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər