“Hazırda ABŞ İranla nüvə sazişi üzrə danışıqlar aparmır”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Əgər onlar nüvə gərginliyini azaltmaq üçün addımlar atmağa başlasalar, bu, region, bizim və milli maraqlarımız üçün yaxşı olardı”, - Kirbi bildirib.
Onun sözlərinə görə, hazırda İranla nüvə sazişinə qayıtmaq ABŞ-ın prioritet məsələlərindən biri deyil.
Kirbi əlavə edib ki, Vaşinqton Tehranla əlaqə saxlayır, amma bu əlaqələr İranda saxlanılan amerikalıların ABŞ-a qaytarılması cəhdləri ilə bağlıdır.