17 İyul 2023 18:16
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer iyulun 17-də Kiyevə səfəri zamanı Ukrayna hakimiyyət orqanlarına humanitar yardımın ayrılacağını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, Samanta Pauer Ukraynaya 500 milyon dollardan çox humanitar yardım göstərmək niyyət- indədir.

Qeyd olunur ki, yeni valyuta tranşının elan edilməsindən sonra ABŞ-ın Ukraynaya dəstəyi münaqişə başlayandan bəri 2,6 milyard dolları keçəcək.

Məlum olub ki, Avropa Komissiyası 2024-cü ildən Kiyev hakimiyyətinə maliyyə yardımı şərtlərini sərtləşdirəcək. Növbəti dörd il üçün 50 milyard avroluq tranş yalnız islahatlar və investisiyalar üçün konkret investisiya planlarına, o cümlədən Ukraynanın Aİ-yə daxil olması üçün zəruri olanlara ayrılacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər