Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Səudiyyə Ərəbistanına səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, Ərdoğanı Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə əmirinin müavini Bədir bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və Türkiyənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Mehmet Metin Eker qarşılayıb.
Qeyd edək ki, Ərdoğan Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparacaq.