19 İyul 2023 12:40
6 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müğənni Nərgiz Zakirovanın 2022-ci ildə prodüser Maksim Fadeyev tərəfindən təhqir olunduğu haqda dediklərini təkzib edib.

Teleqraf.com xəbər verir ki, bunu nazirliyin nümayəndəsi “Fontanka” ilə söhbətində deyib.

“Görünür, mahnını heyrətamiz ifa edən Nərgiz xarab telefonun qurbanı olub. Mən ona Maks Fadeyevlə bağlı yaxşı şeyləri daha çox xatırlamağı və şayiə yaymamağı məsləhət görürəm", - Zaxarova bildirib.

O, həmçinin jurnalistlərə sübut təqdim edib ki, Fadeyev onun xahişindən 32 dəqiqə sonra “Return the Memory” mahnısının aranjimanını ona göndərib.

Nərgiz son müsahibəsində bildirib ki, 2022-ci ilin aprelində Zaxarova Fadeyevə müraciət edərək ona “Return the Memory” mahnısının aranjimanını istəyib, amma Fadeyev bunu etməyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər