20 İyul 2023 08:28
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnqilabçı Ernesto Çe Gevaranın bacısı, Buenos Ayres Universitetinin memar və tədqiqatçısı Seliya Qevara de la Serna çərşənbə axşamı 94 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

Onun ölüm səbəbi və şəraiti açıqlanmayıb.

"Mən Latın Amerikasının ən böyük inqilabçı liderinin bacısı olduğum üçün çox qürur duyuram", - Seliya Gevara de la Serna sağlığında deyib.

Çe Gevaranın bacısı Buenos Ayresin şimal ərazilərinin urbanizasiyası üzərində işləyib. Bundan əlavə, bəzi sosial problemlərin həlli ilə də məşğul olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər